15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər edir... - SƏBƏBLƏR/RƏYLƏR

1212

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu həmin vaxt idi ki, Azərbaycan müstəqil dövlət kimi öz suverenliyini, müstəqlliyini tamamilə ilə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənistanla atəşkəs elan olunandan 26 il sonra – 2020-ci ildə İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan işğalda olan torpaqlarını azad etdi. Rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanda hazırkı vəziyyət olduqca kritikdir. Revanşist qüvvələrin pafoslu çağırışları, hökumətin idarəçilik mexanizmlərinin tamamilə iflic olması, erməni xalqının davamlı ertiraz mitinqləri rəsmi Yerevanın ağır şərtlərlə üz-üzə qoyub. Azərbyacan isə qalib dövlət kimi bütün resurslarını yenidən ordunun möhkəmlənməsinə, iqtisadi-sosial layihələrin reallaşdırılmasına və Qarabağın dirçəldilməsinə yönəldib. Ölkənin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi Azərbaycan xalqının iradəsinin ifadəsi kimi öz təsdiqini tapmaqdadır.  

İyun ayının 15-i Azərbyacan xalqı üçün xüsusi əhəmiyyət daşıyan təqvimdir. Xalqımızın Qurtuluş günü olan 15 iyun tarixi 2021-ci ildə Azərbaycan üçün ikiqat əhəmiyyətli tarixi hadisəyə çevrilir. Belə ki, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada olması olduqca ciddi siyasi-iqtisadi və beynəxalq əhəmiyyətə malikdir.

Bəs Ərdoğan niyə məhz 15 iyun tarixində - Milli Qurtuluş Günündə Şuşaya səfər edir? Bu, təsadüfdürmü? Yoxsa bu səfərin şifrələri var...

Birincisi, Qarabağın işğaldan azad edilməsindən sonra bu torpaqlara rəsmi səfər edən ilk dövlət başçısı R.T.Ərdoğandır. Bu amil Türkiyənin Qarabağın təhlükəsizliyi ilə bağlı bundan sonra da ciddi siyasi iradə ortaya qoyacağının göstəricisidir.

Həmçinin, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən sonra Türk dünyasının lideri hesab olunan Ərdoğanın bu səfəri Şuşanın təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün mühüm tarixi-mədəniyyət paytaxtı olmasının təsdiqi və nümayişidir.

İkincisi, Prezident İlham Əliyev Ərdoğanı məhz Qarabağda qarşıladı. Prezident səviyyəsində qarşılanma mərasiminin Qarabağda təşkili işğaldan azad edilən ərazilərin bundan sonra paytaxt Bakı qədər əhəmiyyətli bölgə olacağının Ermənistana da, bütün dünyaya da xatırlatmasıdır. 

Üçüncüsü, Azərbaycan-Türkiyə arasında bağlanacaq Böyük Müqavilənin Şuşada imzalanacağı bu bölgənin özünün siyasi-iqtisadi əhəmiyyətini artıracaq. Türkiyənin Azərbaycanla hərbi sahədəki əməkdaşlığı bundan sonra daha bir inqilabi mərhələyə qədəm qoyacaq.

Dördüncüsü, Rusiya sülhməramlılarının Qarabağda olmasına baxmayaraq, bu səfər bölgədə Türkiyənin nüfuzunun və resurslarının artacağı ilə nəticələnəcək. Qarabağın dirçəldilməsində Türkiyənin milli inkişaf konsepsiyalarından səmərəli şəkildə istifadə olunacaq.

Məsələ ilə bağlı Azsiyasət.com-a danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Ərdoğanın bu səfərinin 15 iyun tarixinə təsadüf etməsinin Heydər Əliyevin adı ilə bağlı olan tarixi günlə birbaşa bağılılığı var:

“Təbii ki, Prezident İlham Əliyev öz siyasi karyerasına başlayanda bildirib ki, Heydər Əliyevin siyasi kursunu davam etdirəcək. Bu baxımdan Ərdoğanın səfəri Türkiyənin əsas dostu, mütəffiqi Azərbaycan üçün də əhəmiyyətli bir tarixi günə düşməsi vacib məsələdir”.

Samir FEYRUZOV

Azsiyasət.com

Əlaqəli xəbərlər