Cəlilabad polisi nə üçün Qazilərimizi döyənləri həbs etmir?!.-İDDİA

img 20210620 wa0013 1araz.az-a daxil olan növbəti şikayət ərizəsi, bizə tam olaraq deməyə əsas verir ki, doğrudan da adıkeçən polis şöbəsi fərqli “siyasət” yürüdür.


Belə ki, 44 günlük Vətən müharibəsi iştirakçıları, Qazilər ən çox bu rayonda döyülür, söyülür, təhqir olunur…
Ən təəccüb doğuran hal isə budur ki, Cəlilabad polisi nəinki bu alçaqcasına xuliqanlıq əməlləri törədənləri saxlamır, əksinə fürsət tapan kimi döyülən Qazilərimizi şillələməkdən belə çəkinmir.


Bir neçə həftə öncə iki Qazi qardaşların elə məhz polisdə vəhşicəsinə döyülmələri mətbuatda geniş yayılmışdı.
Redaksiyamıza müraciət edən, Cəlilabad rayonu, Kirovka ərazisindəı yaşayan Vətən müharibəsi iştirakçısı və Qazi Mustafa Mustafayev bildirir ki, ona 8 iyun, 2021-ci il tarixdə, Cəlilabadda fəaliyyətdə olan Greend Store-nin qarşısında tanışını gözlədiyi zaman, söz ataraq, sataşmışlar. Mustafanın əlində “əsa” olduğundan ürəklənən “qoçaqlar” daha da çirkin işə əl ataraq, onu tənha, kimsəsiz yerə “dəvət” ediblər ki, yaxşıca döysünlər.
Ermənilərdən qorxmayan Qazi Mustafa həmin şəxslərdən qorxmayacaqdı ki…


Beləliklə Mustafa, onların arxasınca kimsəsiz yerə gedib. Bu çirkin işdə onlara, 23-25 yaş arasında olan, 3-4 nəfər də “yardım” edib. İlk həmlədə daşla Qazimizin gözündən vurub, qaçıb gediblər. Qazi aldığı zərbadən huşunu itirərək, yerə yıxılıb.


Gözünü açanda, özünə gələn Mustafa xəstəxanada olduğunu görüb. Dərhal olanları atası Natiq Mustafayevə danışıb. 44 günlük şanlı savaşda oğlunun ayağından aldığı güllə yarasının ağrılarını hələ də yaşayan Natiq kişi, oğlunu götürərək birbaşa Cəlilabad rayon Polis Şöbəsinə yollanır.


Orada Mustafa ərizə və izahat verir. Mustafanın israrlı təkidi ilə, hadisə ilk başladığı Greend Storeyə gedirlər. Mustafa özü alış-veriş mərkəzinin müdiriyyətindən xahiş edir ki, hadisə vaxtı onun və onu döyənlərin video yazısını ona versinlər. Qazilərə hörməti olan rəhbərlik, işçilərinə tapşırır, həmin video görüntüləri Mustafaya verilir. Mustafa isə öz növbəsində polisə təqdim edir ki, həmin adamları polis tez yaxalasın və cinayət məsuliyyətinə cəlb etsin.


Aldığı ağır zərbədən özünü yaxşı hiss etməyən Mustafanı atası yenidən xəstəxanaya gətirir ki, həkimlər oğluna yardım etsinlər.
Nəhayət, həmin gündən az qala, 15 gün vaxt keçməsinə baxmayaraq, Mustafanın işi həvalə olunan Səbuhi adlı polis müstəntiqi deyir ki, biz o adamları tapa bilmədik və işi bağlayırıq.
Mustafa iddia ki, videoda həmin adamların üzləri çox aydın görünür. Deməli yuxarıda qeyd etdiyimiz kimi, Cəlilabad polisi ya həqiqətən də işləmir, ya da cinayətkarlara havadarlıq edir…


Mustafa Mustafayev” “Görəsən, mənim ermənilərə güllə atmağım,onlarla vuruşmağım Cəlilabadda kimlərə pis təsir edib, kimlərə xoş gəlməyib?!. Bilmirəm, bəlkə də məni öldürmək, soymaq, üzərimdəkiləri almaq üçün ora aparıblar, sadəcə planlarını tam həyata keçirə bilməyiblər. Polis də öz işini görmək istəmir, mən də ölkə rəhbərliyinə teleqramlar vuraraq, dərdimi deyəcəm”.

Maraqlı məqam odur ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid və Qazi ailələrinə bu qədər həssas yanaşdığı bir zamanda, Cəlilabad polisi döyülən Qazimizə niyə belə biganəlik, hörmətsizlik edir? Məgər bu hörmətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini dərk etmirlər?


Məsələ layiqli həllini tapana kimi məsələni gündəmdə saxlayacağıq.
Jurnalistika etikasına görə, qarşı tərəfin əsaslı arqumenti olarsa dərc etməyə hazırıq.

Cəlilabad polisi nə üçün Qazilərimizi döyənləri həbs etmir?!.-İDDİA 20 İyun 2021Cəlilabad polisi nə üçün Qazilərimizi döyənləri həbs etmir?!.-İDDİA 20 İyun 2021Cəlilabad polisi nə üçün Qazilərimizi döyənləri həbs etmir?!.-İDDİA 20 İyun 2021Cəlilabad polisi nə üçün Qazilərimizi döyənləri həbs etmir?!.-İDDİA 20 İyun 2021
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər