"5 manat"a etiraz edən deputat xanım vəzifədən getdi

1624473693 1624472111 250 9 1 2021 12

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova (İbrahimqızı) vəzifəsindən gedib.

araz.az hit.az-a istinadən xəbər verir ki, bu barədə M. İbrahimqızı Feysbuk səhifəsində paylaşım edib. O, qeyd edib ki, YAP Nəsimi rayon təşkilatının XI hesabat konfransı keçirilib. Hesabat konfransında sədr dəyişikliyi olub.

M. İbrahimqızı uzun illər rəhbərlik etdiyi təşkilatın üzvləri ilə də vidalaşıb: “Haqqınızı halal edin”.

Xatırladaq ki, bir neçə ay bundan öncə Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin iclasında "5 manat"lıq əskinasa etirazını bildirmişdi:
""Dövriyyədə yeni əskinazlar var. Keçmiş pulların üzərində Azərbaycan xalqının nə qədər qədim xalq olduğunu əks etdirib. Ancaq 5 manatlıqda bir neçə rəmz çıxarılıb.
Ən azı Azıx mağarasının yeni 5 manatıqda əksini tapması yaxşı olardı" deyə qeyd etmişdi.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər