Məhəmmədəli Qəriblidən “Jurnalistlərə 3-cü binada ev verilməsin” xoruna qoşulan deputatlara -- SƏRT ETİRAZ

mehemmedeli 642x330

Tanınmış jurnnalist Məhəmmədəli Qəribli özünün “Feysbuk” səhifəsində jurnalistlər üçün inşa edilən 3-cü binada media təmsilçilərinə ev veriməsinə etiraz edən deputatlara sərt etirazını bildirib. araz.az həmin müəllif yazısını olduğu kimi təqdim edir: “Millət vəkili Etibar Əliyevin jurnalistlər üçün inşa edilən 3-cü binanın media təmsilçilərinə verilməməsilə bağlı apardığı kampaniyaya digər həmkarları da qoşulub.

Başa düşürük, bu adamların ölkənin əksər sahələrində tüğyan edən total korrupsiya faktlarından danışmağa gücləri çatmır. Həm də jurnalitslər kimi həssas təbəqəni hədəf almaqla, piar olunmağı düşünürlər. Ən əsas qənaətim budur ki, bu məsələnin gündəmə gətirilməsi hakimiyyətin daxilindəki hansısa qrupun marağındadır. Bu barədə daha ətraflı məlumat verəcəm.

Mənə maraqlı gələn tam başqa məsələdi. Həmin adamların “ 3-cü bina jurnalistlərə verilməsin” kimi çağrışlarını əvvəlki iki binada ev alan jurnalistlər də bəyənir. İstəyənlər həmin postlara qoyulan “like”lara baxa bilər.

Bu qəbildən olan həmkarlarımız elə bilir ki, onlar iki binadan ev alıblarsa, evsiz, ehtiyacı olan jurnalistlərin problemi tam həll edilib? Yox, elə deyil!!!

Məhz həmin iki binada evlərin jurnalistlər arasında ədalətsiz bölüşdürülməsinin nəticəsidi ki, bu gün 3-cü bina məsələyə aidiyyəti olmayan şəxslər tərəfindən hədəf seçilib.

Bu gün jurnalistlərə evlərin verilməməsilə bağlı kampaniya aparan deputatlara dəstək ifadə edən “evli jurnalistlər” bilməlidir ki, hazırda onlar korrupsiya yolu ilə tikilən evlərdə oturublar. Bununla bağlı hazırda məhkəmə prosesi də keçirilir.

Çox yaxşı olardı ki, hazırda 3-cü binanı hədəf alan deputatlar zamanında evlərin jurnalistlər arasında ədalətsiz bölüşdürülməsinə etiraz edərdilər. Əli Həsənovun qorxusundan heç birinin səsi çıxmadısa, indi danışmaqları çox yersiz görünür”

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər