Tanınmış həkimdən XƏBƏRDARLIQ - Burnunuz axmağa başlayıbsa...

burun akintisi shutterstock 581422114 16 9 1618126475Burnunuz axırsa, çoxlu istirahət edin. Əgər burun axa-axa işə getməkdə davam etsəniz, problemin davametmə müddətini uzadacaqsız. Ümumiyyətlə, baş ağrısı, gözlərin acıması, əzələ ağrıları olan bütün hallarda bədən sizə siqnal göndərir ki, yatmalısınız. Həm enerjini virusla mübarizəyə yönləndirsiz, həm də yuxu immuniteti stimullaşdırır. Tədqiqat göstərib ki, yuxu zamanı beyin AcPb proteinin miqdarı artır ki, bu da qrip əleyhinə sağalmanı gücləndirən xüsusiyyətə malikdir.

Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Həkim bildirib ki, xəstəliyin ilk əlamətlərini hiss etməyə başlamısınızsa, çoxlu iç işmək lazımdır: “Ümumiyyətlə, burun quru havada, susuzluq zamanı daha çox tutulur. Burnun selikli qişası seliyi durulaşdırmaq üçün mayeyə ehtiyac duyur. Maye kimi adi suya üstünlük verin. Əgər selik duru olarsa, xəbəriniz olmadan onu udursunuz, amma burnunuz tutulmaz. Su buxarları ilə nəfəs alma zamanı da burun tululması bu mexanizmlə açılır.

Damarsıxıcı burun dekongensantlardan mümkün qədər az istifadə edin. 3 gündən artıq və requlyar istifadə etsəniz 4-cü gündən etibarən selik daha da artacaq, burun daha pis tutulacaq. Sizə elə gələcək ki, xəstəlik sağalmır. Amma əslində başqa bir xəstəliyə keçdiyinizi bilməyəcəksiz- rinitis medikamentoza deyilir buna. Damarsıxıcı pereparatların rekoşet təsiri var. Həm damarsıxıcı spreylər arterial təzyiqi yüksəldir, həm də yuxusuzluq və prostat problemi olanlara daha mənfi təsir edir.

Adətən allergik rinitlərin müalicəsində istifadə olunan antihistamin, glukokortikoid, antixolinergik tərkibli (damarsıxıcı olmayan) burun damcı və spreylərindən viral burun axmaları zamanı da istifadə edə bilərsiz, effektiv və zərərsizdirlər.

Təbii vasitələrdən çuğundur şirəsini məsləhət görərdim. Burunətrafı ciblərdən NO -covid müalicəsindən də tanıdığınız azot oksidi istehsalını artırır ki, bu qazın güclü antivirus təsiri var”.

Aytən MƏFTUN

Əlaqəli xəbərlər