Tərtərin bu kəndində 368 erməni yaşayır... - FOTOLAR

1627103989 terter canyataq kend erm"Müharibədən sonra kəndə 10 köçkün erməni ailəsi də yerləşdirilib..." 
«Tərtər rayonunun Canyataq kəndindəki ermənilər normal həyat sürməyə başlayıblar".
Moderator.az xəbər verir ki, erməni nəşrləri bu haqda kənd "icması"nın qanunsuz rəhbəri Sasun Vanyana istinadla məlumat yayıb. 
“Kənddə 368 nəfər yaşayır. 1 dekabr 2020-ci ildən etibarən 58 şagirdin təhsil aldığı kənd məktəbi işini davam etdirir. Uşaq bağçamız yoxdur. Tikinti üçün şərait yoxdur, amma kənddə uşaq bağçasına getməli olan uşaqların sayı çoxdur. Bələdiyyə binamız yoxdur. Tibb məntəqəmiz var. Klub binası yaxşı vəziyyətdədir - 3 il əvvəl təmir edilmişdir. Şadlıq zalımız yoxdur. Kənddə yenidənqurma və təmir işlərinə "Base Metals" şirkətinin(işğal dövründə torpaqlarımızda, o cümlədən keçmiş Ağdərə rayonundakı qızıl, mis, molibden və s. mədənlərini qanunsuz istismar edən şirkət-S.L.) vəsaiti ilə bir neçə il əvvəl başlanılmışdı, lakin müharibədən sonra dayandırılıb. Bu günlərdə  sonuncu müharibədə ölmüş 6 kənd sakininin evləri  təmir olunur. Müharibədən sonra kəndə 10 köçkün erməni ailəsi də yerləşdirilib. Ciddi bir su problemi var. Su təchizatı şəbəkəsi çox köhnədir, əhalinin yalnız 40% -i istifadə edə bilər. Kəndə elektrik enerjisi verilir, qazla təmin olunmur, ancaq təmin olunması arzuolunandır” - S.Vanyan belə deyib.
Xatırladaq ki, Canyataq — Azərbaycan Respublikasının Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddr. Dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, bu toponim türk dillərindəki con/cona (iki çayarası col) və yataq sözlərindən düzəlib, "iki çay arasındakı sahədə yerləşən yataq" mənasındadır. Keçən əsrin əvvəllərində bu toponim Canıyataq variantında qeydə alınmışdır. Güman ki, maldarlıqla məşğul olan Canı adlı Şəxsə məxsus olan bu yataq onun adını daşımışdır.
Canyataq kəndi əvvəllər  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Canyataq kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 
Mlli Ordumuz  Canyataq kəndi  uğrunda  gərgin döyüşlər aparıb. 1992-ci ilin yayında kənd azad edilsə də, 1993-cü ildə   Ermənistan ordusu tərəfindən təkrar işğal olunub. Hazırda Canyataq kəndi rəsmən Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindədir... 
Sultan LAÇIN.

Əlaqəli xəbərlər