Böyük Dayaq Partiyası 3-cü binanın jurnalistlərə verilməsi ilə bağlı Prezidentə müraciət etdi

bdp 660x330

Böyük Dayaq Partiyası jurnalistlər üçün inşa edilən  3-cü binanın  məhz media təmsilçilərinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət  ünvanlayıb. arhəmin

araz.az müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

Yeni yaradılan və daima dövləti, milli maraqların keşiyində duran siyasi partiya olaraq, Sizə bu müraciəti günümüzün tələbinə uyğun  olduğu səbəbindən edirik. Sizin jurnalistika sahəsinə qayğınız hər zaman olub. Jurnalistlər üçün inşa edilən 3-cü binanın təməlinin qoyulması prosesindəki çıxışınızı bu məqamda xatırlatmaq yerinə düşər:

“Mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”.

Cənab Prezident!

 Hakimiyyətin daxilindəki hansısa qüvvələr öz üstün statuslarından istifadə edərək,  Sizin bu nəcib təşəbbüsünüzə kölgə salmaq istəyirlər. Onlar bir qrup QHT və media rəhbərlərini öyrədərək, Sizin adınıza olan  müraciətə imza atdırıblar. Həmin müraciətdə deyilir ki, 3-cü bina jurnalistlərə yox, şəhid ailələrinə verilsin. Biz bu təklifdə təxribat izləri görürük. Çünki dövlətimiz daima şəhid və qazi ailələrinə dəstəyini əsirgəmir. Onların mənzillə təminatı daima həyata keçirilir. Təbiidir ki, bir bina ilə bu problemi kökündən həll etmək olmaz.  Onda isə bu iki həssas təbəqəni üz-üzə qoymaqda hansı maraq güdülə bilər?

Ən maraqlısı budur ki, Sizə edilən müraciətə imza atan KİV rəhbərlərinin demək olar ki, hamısı imkanlı həyat tərzi sürür. Ölkənin bir neçə yerində mənzilləri, villaları var. Həmin adamlar jurnalistlər üçün tikilən 1-ci və 2-ci binadan evlər alıblar. İndi hansı məntiqlə onlar 3-cü binanın jurnalistlərə verilməsinə qarşı çıxırlar? Müraciətə imza atmaqdan bir gün əvvəl həmin redaktorlar binanın məhz jurnalistlərə verilməsi tələbi ilə gərgin polemikalarda iştirak ediblər və mənzillərin məhz jurnalistlərə verilməsinizn zəruriliyini qeyd ediblər. Belə sürüşkən mövqeli insanların  hansısa təşəbbüslə çıxış etməyə  haqları çatırmı?

Cənab Prezident!

Biz bilirik ki, ölkədə çox ağır şəraitdə yaşayan və mənzillə doğrudan da ehtiyacı olan jurnalistlər var. Əminik ki, Siz bütün bunları nəzərə alıb, 3-cü binanın məhz jurnalistlərə verilməsini öz qərarınızla təsdiq edəssiniz. Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk”.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər