Rəqsilə gündəmə düşən nazir müavinilə bağlı RƏSMİ - “Onun zalda işləməyə vaxtı olmayacaq”

modern.az 03.12.2021 1638519274

Artıq bir neçə gündür ki, gənclər və idman nazirinin yeni müavin xanımları sosial şəbəkələrdə gündəm mövzusu olub.

Sosial şəbəkələrdə nazir müavini Marina Vasilevanın rəqs etdiyi yerdə çəilmiş görüntüləri yayılıb.

İnsanlar tərəfindən qınaq obyektinə çevrilən görüntülərin vəzifəyə gəlməzdən öncə çəkildiyi bildirilir.

Bəlkə də xanımlar illərdir alışdığımız “qalstuklu büdcə oğrusu” obrazını işlərində göstərəcəkləri performansları ilə dağıdacaqlar. Axı qalstuk taxıb, iş otaqlarında yüz hoqqadan çıxan qocaları, şəhid, qazi adından istifadə edib, büdcəni talayan oğruları çox görmüşük. Çoxunun da aqibəti hamıya bəllidir...

araz.az  Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Qabil Mehdiyev bildirib ki, hələ ki Marina Vasilevanın xidməti vəzifəsini necə yerinə yetirməyindan danışmaq çox tezdir:

“Hələ ki, o işi təzə-təzə təhvil alır. Marina xanımın əsas işi nazir müavini olaraq üzərinə düşən məsuliyyəti yerinə yetirməkdir. Gimnastika zalında işləməyi məsələsinə gəldikdə deyə bilərəm ki, nazir müavininin zalda işləməyə heç vaxtı olmayacaq. Bu səbəbdən də baş məşqçi postunda çalışmayacaq”.

 

Nə səbəbə insanların gözündə məmur “ilahi qüvvəyə” çevrilib?

 

 

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, vəzifə məsuliyyətini bilməyən məmurdan qorxmaq lazımdır:

“Məmurlar təkcə vəzifəni yox, həm də məsuliyyəti daşıyırlar. Deyə bilərəm ki, mənə görə məmurlar iki hissəyə bölünür: vəzifə daşıyıb məsuliyyət daşımayanlar və bir də hər ikisini anlayanlar.

Vəzifənin məsuliyyətini anlayan məmurlarda problem yoxdu. Bu kimi məsələlərdə, mənim fikrimcə, heç bir vətəndaş söyləyə bilməz ki, vəzifəsinin məsuliyyətini anlayan məmurlar vətəndaşın marağını qorumurlar. Amma əsas söhbət məsuliyyət daşımayan insanlardan gedir. Həmin insanların fəaliyyəti heç kəsi qane etmir”.

 

O, məmurları da qınamağın düzgün olmadığını, çünki məmurun da asılı olduğunu vurğulayıb:

 

“Ümumiyyətlə, məmura yanaşma məsələsi həm də başqa prizmadan olmalıdır. Məmur da hakim kimi özünü sərbəst hiss etmir. Yəni, asılılıq dərəcəsi o qədər yüksəkdir ki, heç kim öz sahəsində yaradıcı fəaliyyət göstərmək imkanına sahib deyil.

Məmur niyə öz işini yox, nazirin işini yerinə yetirir? Bu ona görədiк ki, əgər nazir dəyişilsə və ya nazirinin xoşuna gəlmədisə, onu qoruyacaq mexanizim yoxduк. Deyəcəklər ki, ərizəni yaz, çıx işdən. Problemin kökü budur. Məncə bu kimi məsələlərdə başqa motiv axtarmaq doğru deyil. Məmurun qanuni haqqlarını müdafiə etmək lazımdır ki, məmur da anlasın ki, nazirə, müdirə yox, dövlətə xidmət edir. Bizdə bu anlayış dəyişməlidir”.

Parlamentari bir neçə gündür sosial şəbəkələrdə qınaq obyektinə çevrilmiş gənclər və idman nazirinin yeni müavini Marina Vasileva məsələsinə də toxunub.

Onun sözlərinə görə, ittiham olunan nazir müavini açıqlama verməlidir, onun yerinə heç kim onu mühafizə etmiyəcək:

“Nazirlik, dövlət qurumları bu ittihama cavab verməlidir. Onların əvəzinə kimsə cavab vermiyəcək. Əgər ittiham əsassızdırsa, çıxsın açıqlama versin.

Kimsə ittiham olunursa, məhkəməyə versin, cəmiyyət qarşısına çıxıb açıqlama versin. Hər bir qurum özünə aid məsələdə mövqeyini cəmiyyətə açıq şəkildə bildirərsə, problem qalmaz.

Şəxsi həyatdı və ya məmurun tədbirdə rəqs etməsi heç kimi maraqlandırmır. Bizi maraqlandıran məmur kimi onun öz funksiyasını düzgün yerinə yetirəcək, yoxsa yox.

Bu məsələdə kimisə qınamaq olmaz. Sosial şəbəkədi, jurnalistdi haqlı olaraq özünə lazım olan məsələni gündəmə gətirir. Həmin şəxs ittiham olunursa, cəmiyyətə açıq şəkildə açıqlamasını verməlidi. Ümumiyyətlə, məmur cəmiyyətə açıq olmalıdır”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər