Londonda Azərbaycan Səfirliyinə hücumun əsl təşkilatçısı kimdir?

 

WhatsApp Image 2022 08 05 at 00.36.16

Son məlumatlara görə, Londonda Azərbaycan Səfirliyinin binasına hücum olub. Hücum edənlər Səfirliyin binasından asılmış Azərbaycan bayrağını çıxararaq, yerə atıblar. Azərbaycan səfirliyinə hücumu Küveyt əsillilərin yaratdığı radikal şiə təşkilatı -- Mehdi Qulluqçular Birliyi öz üzərinə götürüb.

Əsasən müsəlman şiə ölkəsi olan Azərbaycan səfirliyinə, radikal şiə təşkilatının hücumunun hansı izahı ola bilər ki?! Məlumdur ki, dünyada şiə təşkilatlarının əsas ideoloji rəhbərliyi və maliyyə mənbəyi İrandır və sözsüz ki, Londonda Azərbaycan səfirliyinə hücumun əsl təşkilatçısı da, məhz, İran fars rejimidir.

Qənaətimizi əsaslandıran çoxlu faktlar və əlaqəli siyasi proseslər var. Ermənistanı özünün qırmızı xətti hesab edən İranı, son günlərdə Ermənistanın və onun havadarlarının qurduğu planlarının məhv olması düşmən tərəfi hiddətləndirməyə bilməzdi, ələlxüsus da, "Qisas" əməliyyatından sonra. Zəngəzur dəhlizinin açılmasına hər çürə mane olmağa çalışan İranın Azərbaycana heç bir təsir imkanları da yoxdur.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsi dövründə və ondan sonrakı proseslərdə İranın riyakar, düşmən və xain siyasəti onun Azərbaycanda yetişdirdiyi "din qardaşları" dirəyini əsaslı şəkildə laxlatdı və İran fars molla rejiminin tərəfdarları xeyli dərəcədə azaldı; Hansı ki, qalanlar isə, heç bir təsiredici imkana malik deyildi. Bu səbəbdən də, İran Azərbaycana qarşı ən murdar siyasətə əl atıb. Ancaq Azərbaycan dövləti və xalqı müsəlman xəyanətinin haradan gəldiyini gözəl bilir. O da məlumdur ki, Azərbaycanın yürütdüyü siyasətə qarşı İran da, Rusiya da gücsüzdür. Azərbaycan qarşısına qoyduğu məqsədə, xalq və dövlət olaraq, böyük istək və ruh yüksəkliyi ilə irəliləyir. Bir də ki, bu müzəffər xalqın amalı təkcə Zəngəzur deyil, həm də Güneydir.

WhatsApp Image 2022 08 05 at 00.36.30

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

Əlaqəli xəbərlər