“Dini inanc və hökumət başqa şeydir. Bizim İran kimi ölkə qurmağımız düzgün deyil. Heç belə bir fikrimiz də yoxdur”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu Azərbaycanın xalq artisti Rasim Balayev deyib.
R.Balayev dini dövlət qurmağın əleyhinə olduğunu bildirib: “Biz dini dövlət qurmaq qəti istəmirik. Belə niyyətimiz də yoxdur. Amma Azərbaycanda din azaddır. Kim hansı dini qəbul edib ona sitayiş etmək istəyirsə, etsin”.
araz.az xəbər portalı.