Yardımlı təhsili təhlükə qarşısında...- Regional Təhsil İdarəsinin rəisi, rayon təhsil sektorunun əməkdaşları ilə NECƏ ƏLBİR OLUR?

308279990 616892703239794 1913116279979467327 n
 
Bu gün (23.09.2022) Lənkəran – Astara Regional Təhsil İdarəsinin rəisi Elxan Nəcəfov Yardımlı rayon təhsil sektorunda olub.
 
araz.az  Turkmedia.info-ya istinadən bildirir ki, Yardımlı rayon təhsil sektorunun əməkdaşları və məktəb direktorlarının iştirakı ilə iclas keçirilib.
Gündəlikdə duran əsas məsələ:
1. IX-XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri,
2. Məktəblərdə işləyən texniki işçilərin fəaliyyəti,
3. Qarşıda duran vəzifələr...  
3 saata yaxın keçən gərgin iclasın 1 saat 40 dəqiqəsi, bəlkə də çoxu buraxılış imtahanlarının nəticələrinə, statistikasına həsr olunub. 1 saata yaxını da məktəblərdə işləyən texniki işçilərin fəaliyyətinə həsr olunub. Qarşıda duran vəzifələr isə danlaq etiktləri ilə davam edib... 
Sektor müdiri Kamal müəllim də Elxan müəllimə “paddeşka” verib. O gecə saatlarında qeyri-qanuni olaraq məktəbləri yoxlamağından fəxarətlə danışıb. Belə ki, Kamal müəllim gecə saatlarında (öz dediyinə görə) məktəblərə baxış keçirib. Məktəblərin gecə gözətçisinin ayıq-sayıqlığını yoxlamaq qərarına gəlib. Gecə gözətçisini yerində görməyən “qəhrəman” məktəblərdə iz buraxaraq ora gəldiyini və guya vəziyyətə nəzarət etdiyini işarə edib... Yeri gəlmişkən deyim ki, yaxşı kəşfiyyatçı çıxar Kamal müəllimdən. O hərbidə daha yararlı olardı məncə. Onun yeri səhv düşüb... Kamal müəllim, gecə yox, gündüz gəl məktəblərə. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır ay müdir! Təhsil ocaqlarındakı tədrisin fəaliyyəti ilə maraqlan. Müəllim və şagird kollektivinin çətinlikləri, problemləri ilə maraqlan. Dərs ili təzə başlayıb. Bir çox məktəblərdə kitab çatışmazlığı var. Onları həll etməyə çalış ay kəşfiyyatçı müdir! Kamal müəllim həm də çıxışı zamanı texniki işçilərə “ölü canlar” deyə müraciət edib. Ölü canlar deyəndə siz nəyi nəzərdə tutursunuz Kamal müəllim? Bu ifadə haradan düşüb dilinizə bilmirəm, amma Yardımlııda ölü canlar yox, ərənlər yaşayır. Sizin təbirinizcə desək, onlar ölü canlardırsa, siz də mürdəşirisiniz. Onları “təmizləmək” fikriniz var deyəsən...   Nə isə Kamal müəllimi hələlik saxlayırıq sonraya, əsas sözümüz rəis Elxan müəllimədir. Elxan müəllim, 3 saata yaxın imtahan nətcələrindən və evinə acından ölməmək üçün qəpik-quruş alıb aparan xadimələrin haqqında bu qədər kəskin danışmaq nəyə lazım idi!? Onsuz da səfalət içində yaşayan o xadiməni, texniki işçini vaxtında iş yerində olmasa asıb-kəsmək hədəsi ilə qorxutmaq nəyə lazım idi!? Sizi o vəzifəyə qoyublar ki, binavə, fağırın çörəyin kəsməklə məşğul olun, ya təhsili inkişaf etdirməyə çalışın!? Təhsildən danışın rəis, təhsildən. Buna qədər nə olub, olub. 
Bundan sonrakı planlardan, təhsil ocaqlarındakı problemlərdən, məktəb şəraitindən, müəllimlərin problemlərindən, onların həlli yollarından danışın. Təhlükəli vəziyyətdə olan məktəblərdən, dağlı-kəsəyli yollarla uzaq məsafə qət edib bu kənddən o biri kəndə təhsil almaq üçün min bir əzabla gedən şagirdlərdən danışın rəis! Kitab çatışmazlığından, dərs bölgüsündən, məktəblərə ehtiyac olan invertarlardan, təmirə ehtiyacı olan məktəblərdən danışın. Yolüstü 2 nömrəli tam orta məktəbə baş çəkərək orada 120-150 manata göz dikən xadimələri sıxışdırmaqdansa qəzalı vəziyyətdə olan o məktəbə baxmaq lazım idi. Təhlükəli vəziyyəti aradan qaldırmaq üçün tədbir görmək lazımdır. Sabah o boyda qəzalı vəziyyətə olan bir məktəb qəfildən çöksə neçə can alacağından xəbəriniz varmı!? Sizinlə birgə rayona gələn Rövşən adlı əməkdaşınız daha sərt davranaraq işçilərə qorxu asmışdır. İşçilərə sifət etmək baş-ucalığı gətirməz. Bunlar azmış kimi Rəhim adlı inzibati şöbə müdirin də işarə edərək rayona göndərib lazımı tədbir gördürməkdən danışmısız. Elə bil uşağı xortdanla qorxudursunuz. Rəhim Rəhimlini ictimaiyyət, elə siz də yaxşı tanıyırsınız. El arasında ona  “kart Rəhim” deyirlər. Ucarda direktor işləyən zaman neqativ əməllərindən yaxşı tanıyırıq. Çox da göylə getməsin. Nəyinki xadimlərin, müəllimlərin də haqqına girməyi, maaş kartları məsələləri yəqin ki, yadından çıxmayıb. Getsin əvvəl öz adın təmizləsin...  Yardımlı dağ rayonudur. Burada havalar qəfil soyuyur. Artıq qış qapını kəsdirib. Hələ bir dənə də olsun bir məktəb yanacaqla, istilik sistemi ilə təmin olunmayıb. Kombi sistemi olan məktəblər hazır vəziyyətə gətirilməyib. İşıq sistemi bərbad vəziyyətdədir. Uşaq baxçalarındakı şəraitdən heç danışmağa dəyməz. Hara baxır o təriflədiyiniz inzibati şöbənin müdiri!? Elə xadimələrə qorxu asmağı bilir? Bu gün təhsili inkişaf etdirmək üçün xadimlərin süpügəsindən yox müəllimlərin ətəyindən yapışmaq lazımdır...   Sizdə günah yoxdur. Yardımlının taleyi belə gətirib. Elə bil bur “danlaq boxçası”dır. Hər gələn danlayır, danışır, coşur, daşır gedir. Heç nədən xəbəri olmayanları, azan-dazanları, təcrübəsizləri, bu rayona təcrübəyə göndərirlər. Sonra “böyüdürlər”. Elə bil “islah” mərkəzidir, “akademiya”dır bu rayon. Burada islah olunanlar, akademiyanı bitirənlər böyüyür, yüksək vəzifələrə təyin olunur.
 İndi siz də gəlib özünüzdən hoqqa çıxarırsınız. Yoxsa ki, belə rəftarla Yardımlı təhsilini məhv etmək niyyətiniz var rəis!? Deyim ki, Yardımlı gözdən-könüldən nə qədər uzaq olsa da bu niyyətinizə imkan verməyəcəyik...
 
araz.az xəbər portalı.