Ənənəvi olaraq, qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında Strateji Obyektlərin Mühafizəsi  Dövlət Agentliyinin Ucar Regional İdarəsinin hərbi qulluqçuları iştirak ediblər.

Bu barədə qurumdan araz.az-a daxil olan məlumatda deyilir ki, bu aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra, bu önəmli tədbirdə iştirakları təmin olunub.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədi ilə istifadə olunacaq.

araz.az xəbər portalı.