Daha bir məşhur oyunçu futboldan ömürlük uzaqlaşdırıla bilər.
araz.az ölkə mediasının məlumatlarına əsasən xəbər verir ki, söhbət “Vest Hem”in üzvü Lukas Paketadan gedir. Braziliyalının mərc bazarına təsir göstərmək üçün qəsdən 4 sarı vərəqə aldığı bildirilir.
Yayılan məlumatda qeyd olunan iddiaya görə, Braziliyada təxminən 60 nəfər oyunçunun müvafiq oyunlarda sarı vərəqə alacağına 7-400 arası funt-sterlinq mərc ediblər. Bu gedişdən ümumilikdən 100 min funt-sterlinq qazanılıb.
Paketa irəli sürülən bütün iddiaları rədd edir. Braziliyalı adının təmizə çıxarılması üçün mübarizə aparacağını bildirir.
araz.az xəbər portalı.