ABŞ-dəki Silikon vadisinin sərvəti adlandırılan və dünyanın yüksək reytinqə malik ən güclü ikinci tədris ocağı kimi adını tarixə yazdıran, xarici tələbələrin təhsil imkanlarını durmadan genişləndirən, dünya məşhurlarının bir çoxunu diplom sahibi edən Stanford Universiteti reytinq müəyyən etmək üçün, bir daha müxtəlif elm sahələrində fəaliyyət göstərən 10 milyondan çox elm adamının fəaliyyətini dəyərləndirib. Nəticədə, yalnız 2 faiz alim bu siyahıya daxil olmağa layiq görülüb. araz.az-ın əldə etdiyi məlumata görə, Azərbaycandan da, bu siyahıda yeri olan var. 

                 

Səhiyyə Nazirliyi Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Stanford Universitetinin araşdırmasına görə, dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edilib.

Qeyd edək ki, Stanford Universitetinin tərtib etdiyi siyahı qlobal miqyasda elmi tədqiqatların qiymətləndirilməsi və alimlərin beynəlxalq arenada təsirinin müəyyən edilməsi sahəsində etibarlı bir referans mənbəyi kimi tanınır.

Səməndər QURBANOV,

araz.az xəbər portalı.