Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı mitinqin keçiriləcəyi parlament binası önünə dünən axşamdan xüsusi təyinatlılar yerləşdirilib. TASS-a istinadən araz.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yayılan həmin məlumata görə, parlament binasının yaxınlığındakı xüsusi təyinatlılar da artıq hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra etirazlara dəstək istəyib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü Arzusu” partiyası 54,3% səslə qalib gəlib.
Bir-neçə partiya parlamenti baykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə, deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.
araz.az xəbər portalı.