Artıq ərazidə sonradan tikilmiş və taxtadan olan köşk və piştaxtalar sökülüb. Küçə ticarətinin aparıldığı ərazinin təmizlənməsinə başlanılıb.
Öz mallarını daşımaqla məşğul olan obyekt sahibləri əvvəlcədən söküntü ilə bağlı məlumat verilmədiyini bildiriblər. Mallarının yerdə qaldığını deyən satıcılar onları harada satacaqlarını bilmirlər.
***
araz.az Qafqazinfo.az-a istinadən bildirir ki, Nizami Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, “8-ci km bazarı” ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaıdırlması ilə bağlı tədbirlər görülür:
“Qanunsuz quraşdırılmış şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadllq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur.
Eyni zamanda bildiririk ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilib”.
“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin söküntü gedən ərazidən lentə aldığı görüntüləri araz.az da oxucularına təqdim edir:
araz.az xəbər portalı.