araz.az xəbər verir ki, illərdir yiyəsiz qalan qəsəbəyə hansı rayon icra hakimiyyətinin baxmalı olduğu müəyyənləşmir. Məhz bu səbəbdən də qəsəbənin problemləri hər gün daha da artır.

Qəsəbə sakinləri bildirirlər ki, hava limanından cəmi 2-3 km aralıda yerləşən qəsəbədə işıqlandırma yoxdur. 50-dən çox ailə yaşayan qəsəbənin yollar bərbad olduğu üçün əraziyə nəinki taksi, hətta təcili yardım maşını da gəlmir. Sakinlər bildirib ki, asfalt problemi həll edilmir. Zibil qutuları da yoxdur.

Sakinlərin adı çəkilən rayon icra hakimiyyətlərinə, həmçinin aidiyyəti bələdiyyələrə və təsərrüfat xidmətlərinə müraciətləri nəticəsiz qalır.

Qeyd edək ki, evlərin “kupça”sına əsasən ərazi Suraxanı rayonu sayılır, amma kommunal xidmət haqları Sabunçu rayonunun aidiyyəti idarələrinə ödənilir. /tribunainfo.az/

 

araz.az xəbər portalı.