UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində dünən “Qalatasaray” İngiltərənin “Tottenhem” komandasını İstanbulda qəbul edib.
araz.az xəbər verir ki, Bakı vaxtilə saat 21.45-də başlayan oyunun 6-cı dəqiqəsində Yunus Akgün möhtəşəm zərbə ilə hesabı açıb — 1:0. “Tottenhem” türklərin bu qoluna 19-cu dəqiqədə cavab verib — 1:1. “Qalatasaray”ın 100 milyon avroluq qolçusu Osimhen 31-ci dəqiqədə əla zərbə ilə İstanbul komandasını yenidən önə çıxarıb — 2:1. 38-ci dəqiqədə Osimhen daha bir qol vurub — 3:1.
60-cı dəqiqədə “Tottenhem”dən Lankşir ikinci sarı kart alaraq, meydandan qovulub. 69-da isə, “Tottenhem” fərqi azaldıb — 3:2.
Hamının gözlədiyi bu möhtəşəm oyun bu hesabla da başa çatıb və “Qalatasaray” 10 xalla ilk pilləyə yüksəlib. Uğurlar, “Qalatasaray”!
araz.az xəbər portalı.