Sumqayıtda möhtəşəm Zəfər Günü ilə bağlı böyük tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri,  qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin məlumatına əsasən araz.az xəbər verir ki, bu tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirin gedişi zamanı xüsusi olaraq vurğulanıb ki, bu gün ölkənin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ Müharibəsində qazanılan böyük qələbə xalqın yenilməzliyinin, dövlətin qüdrətinin təntənəsi olub. Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə, ordu 44 gün davam edən Vətən Müharibəsində tarixin möhtəşəm salnaməsini yaradıb. Vətən Müharibəsi işğal altında olan torpaqların azad edilməsi ilə başa çatıb.
Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirib. Bu zəfərlə rəşadətli Milli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, avantürist Ermənistanın 30 illik işğalına son qoyub, məğlubiyyət damğasını xalqın üzərindən götürüb. Torpaqları azad etməklə, həm də, bütün dünyada qalib dövlət, qalib xalq kimi tanınmışıq.
Daha sonra qeyd olunub ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə sentyabr ayının 19-u və 20-sində, cəmi 1 gün ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu bərpa olunub. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qısası layiqincə alınıb.
Tədbir iştirakçıları Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib Əsgər abidəsi önünə gül dəstələri qoyublar, şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

araz.az xəbər portalı.