fb səhər tezdən xatırlatdı ki, keçən il 10 noyabrda yazı paylaşmısan Mir Şahindən, bu gün nə fikirləşirsən? Mən də götürüb “Mir Şahinin Profili”ni yazdım – illər öncə, “Mir Şahinin vaxtı” efirə çıxanda yazmışdım ki, gün gələcək biz saatımızı Mir Şahin vaxtı ilə quracağıq, inanmayanlar indi-indi etiraf edir! Odur ki, deyirəm, “Mir Şahinin Profili”ni incələyin və nəzərə alın ki, o, sizin “təsəlli hədəfi”nizdir!
Mir Şahinin “Profil”inin TƏRS ÜZÜ
Əslində, bu “tərs üzü” ifadəsini həmən də astar anlamında qəbul etmək, elə Mir Şahinin oxucu-tamaşaçı üçün öncədən yarğıladığı təyindir: oxucu-tamaşaçı həmişə onu “tərs üzü”nə başa düşüb, el arasında deyildiyi kimi… yəni, baş-ayaq!
Mir Şahində də az yoxdur, aş aşa duz deyil və heç vaxt da yolunu düzünə və duza getməyib. Məharəti tərs üzünə tərs tərəfdən yanaşmasıdır! TƏRSİnə yox ha! Tərs tərəfdən! Bu tərs tərəfdən tərs üzünə yanaşmasının nəticəsidir ki, hamı onu ƏKS – tərsinə olanında – tərəfdə görüb, onu əks tərəfin dilmancı sayıb!
Əlbəttə ki, balaca başlarındakı az ağılla bu qənaətə gəldikləri üçün, onu ƏKS TƏRƏFdə yox, TƏRS ÜZÜnə-TƏRS TƏRƏFdə görüblər… DƏRSini ordan verib!
Auditoriyası həmişə olub: həm düzünə, həm düz tərəfdə, həm də tərs üzünə və tərs tərəfdə!
Mir Şahinin Profilinin ANFASı
ALTERNATİV variantlarla işləyən dünyada Mir Şahin ƏLAHİDDƏ VARİANTDIR – üçüncü yox ha: mümkün iki variantın cəminə… alternativ! Maraqlı olan İki Tərəf və üstəlik də, heç kimi təmsil etməyən Üçüncü Tərəf Ədalət, Vicdan, empati-antipati mövqeyindən… Onun DƏRSlərinə qatılıblar, dinləyiblər!
Mir Şahin eyni zamanda, həm Ədalətin – Gücün də, Gücsüzlüyün də, həm Vicdanın – Obyektivliyin də, Qərəzin-Subyektivliyin də, həm də Hakimin-Hökmün tərəfində olub!
EYNİ ZAMANDA!
Bununla birhüceyrəlilərə, amorf olanlara, marginallara, konyunktura volyuntaristlərinə və karyeristlərinə Sözü Tərs üzünə deməklə, Şilləni də TƏRS tutuzdurub! Və… PEŞƏKARlıq nümayiş etdirib!
Mir Şahinə Peşə KAR-İŞ üçün lazım olub, o eyni uğurla ayrı sahələrdə də çalışa bilərdi, fəqət… JURNALİSTİKAnın Mir Şahinə əşhədü ehtiyacı səbəbindən… Onu… MONOPOLİSTƏ, OLİQARXA çevirib!
Bəli, bəli, JURNALİSTİKA… Mir Şahinə elçi düşüb, onun ayaqlarına yıxılıb, onun qapısında minnətçi kimi gecə saat 12-dən səhər saat 6-can müntəzir durub!
Baxın, müstəqillik dönəminin monstrlarına – Səyyad Ağbabalıdan Sakit Ocaqlıya, Xəyal Tağıyevdən Sahib Alıyevə, İbrahim Məmmədlidən Eynulla Fətullayevəcən, hətta Hadejda İsmayılovayacan! Müxalifət cəbhəsində və cərgəsində bundan da betərdir durum! Heç adam adlarını çəkmək istəmir!
Hamı gəldi getdi – gəlmək əlbəttə ki asandır: indi jurnalistikaya tualetə işəməyə getdikləri rahatlıqla gəlirlər, veriliş hazırlamağı da siqaret çəkmək bilirlər!
Ancaq… Mir Şahin bir dəfə gəldi!
Nə dedi gələndə?
GƏLƏNDƏ…
“itin adamı qapmağı xəbər deyil, adamın iti dişləməyi xəbər ola bilər”;
“filankəs o qədər orijinallıq həvəskarıdır ki, analığını da s…ib”, – demişdi!
İndi Xəbərə, Orijinallığa bu qədər TƏRS ÜZÜNƏ, tərs tərəfdən yanaşan PEŞƏKARı nə ilə, necə təəccübləndirərsən, bir halda ki, Adam – Mir Şahin – bilir ki, nə olur-olsun, jurnalist təəccüblənməməlidir!
Bəli, JURNALİSTİKA Mir Şahinin ona nə qədər gərək olduğunu anladı! Bildi ki, qalanları bülbülünmü-bildirçininmi “üçüncü balası”dır!
Özünüzün peşəkar, fərqli bildiyiniz hansı jurnalistlə müqayisə etsəniz, görərsiniz ki, Mir Şahin hamısından diridir!
Həm ən yaxşı, həm ən pis tərəfindən belə!
Bu 30 ildə bu xalqın Mir Şahinə qarşı ən böyük ittiham arqumenti Cəlal Əliyevin dediyidir!
Və… bu xalq ötən əsrin 50-ci illər Amerika qaragüruhundan qəti fərqlənmir!
ÇÜNKİ…
Bu iqtidar bu 30 ildə sübut etdi ki, heç vaxt söyüş söymür, üstəlik də heç vaxt adamın anasını söymür! Bu iqtidar adamın anasını… s…ir, söyməyi anasını s…lərinin öhdəsinə buraxır!
Cəlal Əliyev onlardan biri idi və bu xalq onun anasını ağlar qoyanın dediyinin ümidinə qalıb, onun dediyini sitat gətirir, üstəlik də rəhmət oxuyur e!
Fərqinə də varmır e… Cəlal Əliyev Mir Şahini niyə söyüb, Heydər Əliyevin dediyi kimi, istəyəndə Heydər Əliyevi də söyən həmin Cəlal Əliyevi udub Mir Şahin məhkəmədə, öz ad gününə hədiyyə alaraq-olaraq… udub!
Bəli:
Mir Şahinin DÜZ olmayanın yanında olduğu hallar da olub, amma bu o demək deyil ki, o həm də DOĞRU olanın yanında olmayıb!
Mir Şahin DÜZ olanla DOĞRU olanın fərqini çox gözəl bilir!
Mir Şahin YALAN xəbərlə DÜZ məlumatın nədənini eyniləşdirib DÖVLƏT ÜÇÜN arqumentə çevirə bilir: baş vermiş hadisəni jurnalist olmayan da çatdıra bilər və həmin düz xəbər ölkəni qan çanağına döndərər! JURNALİST yalan xəbərlə dövlətə nəfəs almağa gərəkən, özünə gəlmək üçün lazım olan CƏMİ BİR NEÇƏ DƏQİQƏLİK imkanı yaradandır!
20 yanvar, Xocalı faciəsində olduğu kimi! Yalnız bir neçə dəqiqədən bir neçə saata qədər!
Mir Şahin DÖVLƏTçilik UCALIĞINDA olan JURNALİSTdir!
Azərbaycanda o qədər əməkdar, medallı-ordenli jurnalist var ki: Milli Məclis jurnalisti, Prezident jurnalisti, müxalifət, mühacirət jurnalisti!
Hamısı arxivdə qalacaq… ən yaxşı halda!
Profili olmayanlardır!
Tarixdə PROFİLİ ANFASdan və ANFASDA OLAN istisnalardandır Mir Şahin!
Onu İMZA olaraq heç bir halda iki və daha çox üzlülükdə ittiham etmək olmaz: birmənalı şəkildə ATAsı DÖVLƏT, ANASI Dövlətin BİRİNCİ XANIMI! Bir üzü var! Yəni, ölkə jurnalistikasında 30 ildə baş verən təbəddülatlar göstərdi ki, Sonuncu “Ata”larına-“Ana”larına qədər… “ataları-anaları” Ramiz Mehdiyev, Əli Həsənov, İsa Qəmbər, Əbülfəz Elçibəy, Əli Kərimli, Soros, Marşall, Ettelaat, Mossad, ABŞ FTB, RF XKİ, hətta Kəmaləddin Heydərovla Kamal Abdulla olan o qədər qəhhhh…rəman “imza” var ki! Lap sonda gəliblər çıxıblar e Müzəffər ABK İlham Əliyevin yanına ki, bizi jurnalistika “detdom”undan qəyyumluğa götür – “xeyriyyəçilər”in tulapayından bir şey çıxmır!
Mir Şahin əvvəldən – Azərbaycan Müstəqilliyə can atdığı gündən bu DÖVLƏTİN BALASI-Oğlu-Vətəndaşı olub – indi o neyləsin ki, İlham Əliyev 30 ilin içində DÖVLƏTİN SİNONİMİ olaraq ALİ MƏQAMa ucalıb… xidmətləri ilə! Azərbaycanlılar isə müxalifətlə küll halında sinonimləşə bilmədiyindən, elə omonim olaraq qaldığından, mahiyyətdə antonimdirlər! Oksimoron xalqıq da!
YALNIZ Mir Şahindir ki… 30 ildir bu qatmaqarışıq “sıyıq qazanı”ndan SİLLİOGİZM qayırmaqla məşğuldur!
Dediyi silliogizmlərdən biri hələ də aktualdır: Azərbaycanda müharibə gedir, müharibədə Azərbaycan!
Bu müharibə bitəndə Mir Şahinin PROFİli olmayacaq, HEYKƏLİ-ABİDƏSİ ucaldılacaq!
O Heykəl-Abidənin Müəllifi isə… Mir Şahinin, Müəllif olaraq, profilini qayırdığı Xalq olacaq!
Bu gün, haliyədə Mir Şahinin Tərs Üzünə Tərs Tərəfdən mövqeyi budur: Vətəndaş DÖVLƏTİNİ qorumalıdır!
Görürsünüz, dünyanın hər yerində iddia edirlər ki, Dövlət Vətəndaşı qoruyur!
Mir Şahin tərs üzünə tərs tərəfdən yanaşır!
ÇÜNKİ: o dövlətlər vətəndaşlarını yaşadır ki, o ölkənin xalqları o dövləti qurublar! Dövlət qurmayanlar Dövləti TƏK CANINA çiynində daşıyana dəstək olmaqdansa, kimin harasından gəldi ittiham edirlər!
Mir Şahin isə deyir ki: gəlin bu əlimizdə olan DÖVLƏTİ DÖVLƏT edək, sonra…
Tarixin verdiyi şansdan sui-istifadə edən fürsətcil xalq isə dirənib ki, bəs mən də vətəndaşam, özgürəm, demokratiyadır, sən də dövlətsən, qoru məni, yaşat! Fərqinə də varmır e o vətəndaş… əgər onun anasını təkcə atası (uzağı da oynaşı) qayırırsa, bu dövləti… Rusiya, Amerika, İran, Avropanın G-20-si birlikdə və bir dəfəyə elə qayırmaq istəyir ki, bədənindən çıxmağa nəfəs yeri-deşiyi olmasın!
Nə yaxşı Mir Şahin bu toplumun Tərs üzü-Tərs Tərəfidir!
BİZİM PROFİLİN TƏRS TƏRƏFİ:
Mir Şahin tərəfindən deyəndə yüz etiraz edənimz olur, amma Mir Şahinə tərs tərəfdən deyəndə… nəinki rəy, heç bir emoji ilə münasibət bildirmirik!
Və…
Mir Şahinin PROFİLİnin kapasitəsi:
Efirin, Efir Sözünün, Sənətin Konstitusiyası olmağı Tanrı mükafat verir… tərəfsiz, qərəzsiz və obyektiv olanlara!
Aydın CAN. ……………………
P.S. bu mükafatı hələ ki, hər il Mir Şahin alır – SƏNƏTKARLIQ baxımından, nəyi və necə deməyin önəmi yox: futbolda “Qızıl top” alanların o qədər ofsayddan, penaltidən vurduğu qol var ki!
Mir Şahin hətta qrupa düşməyən, ovsaydda qalan, Premyer Liqada oynasa da, ikinci dəstənin də komandalarının qapısına qol vurmağı bacarır!
YAZININ MÖHÜRBƏNDİ: bir dəfə özümdən bir yazı yazmışdım “avtoportret” janrında. Tam özüMüifşa idi (Ustad Cəfər Sadiqin israrlı təklifi ilə yazını çıxartdım fb-dən)! Səbəbi də bu idi ki, məni bezdirmişdilər… böhtanlarıyla – ay araq alırlar yazır, ay arvadbazdır, ay nə bilim nə! Harda nə qədər araq içmişdim, harda hansı qadınla neyləmişdim, harda nə oyun çıxarmışdım, hamısını yazmışdım! Və yekunu bu idi ki… bu ölkəni qarış-qarış gəz, Aydın Candan küsən-inciyən, dalınca söyən üç-beş qəhbə olar, beş-on da rüşvətxor məmur! Qalanı istənilən halda xoş söz deyər!
İndi Mir Şahin haqqında da bədgüman danışan, pis söz dilinə gətirən ancaq və ancaq Cəlal Əliyevin ideoloji və siyasi törəmələri üstünlük təşkil edə bilər, üç-beş həqiqətən də dövlət-xalq nöqteyi-nəzərindən ittihamda bulunan varsa da, onlar da hələ… Sabirabad qarpızıyla Gədəbəy kartofunu, Hövsan soğanıyla Lənkəran xiyarını, Sumqayıt trubası ilə Qəbələ qozunu bazara çıxarmaqla… Dövlətin uğurlarına Davos ucalığından şərh verməyin fərqini bilməyənlərdir!
Şuşa ucalığı uğrunda vuruşmaq qəhrəmanlığıyla “internet kişiliyi” zirvəsini qarışdıranlar üçün Mir Şahin… sadəcə… “təsəlli hədəfi”dir!
Özünüzə Mir Şahinin Profili ilə təsəlli və “təsəlli” verin: axı Sizin ondan başqa kiminiz var ki – sizin söyməyi bacaran qəhrəmanlarınız gəlib-gedənlərdir, sonda “fıs” çıxan liderlərdir, amma Mir Şahin həmişə öz Profilində, öz Statusunda (lider) olacaq! Ona üz tuta bilərsiniz…
araz.az xəbər portalı.