“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar artıq bəllidir. Onlardan biri də, Türkiyənin “Qalatasaray” klubudur.
araz.az Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərovun özəl xəbərinə əsasən bildirir ki, İstanbul klubunu COP29-da vitse-prezident İbrahim Hatipoğlu və idarə heyətinin üzvü Emin İmanov təmsil edəcək: “Özəl qonaq olaraq isə “İmperator” ləqəbli Fatih Terim Bakı Olimpiya Stadionuna təşrif buyuracaq”.
Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.
araz.az xəbər portalı.