Son günlər CHP-də prezidentliyə namizəd kimi adı önə çıxmağa başlayan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu Mardin bələdiyə sədrliyi vəzifəsindən PKK-ya dəstək ittihamı ilə uzaqlaşdırılan, yerinə isə, qəyyum təyin edilən Ahmet Türklə görüşmək üçün Mardinə yollanıb.
araz.az Türkiyə mətbuatına istandla xəbər verir ki, Ahmet Türkə dəstək üçün nızərdə tutulansəfrdə Əkrəm İmamoğlunu hava limanında Mardin Böyükşəhər Bələdiyyəsi həmsədri Ahmet Türk, Diyarbakır Böyükşəhər Bələdiyyəsi həmsədrləri Serra Bucak və Doğan Hatun və çoxsaylı kürd əsilli siyasətçilər qarşılayıblar.
Türkiyə mətbuatı yazır ki, Ahmet Türkün evinə doğru yön alan qonaqları böyük maşın karvanı müşaiyət edib: “Ahmet Türk qonaqların şərəfinə 42 qoç kəsdirib, 5 iri qazanda ət asdırıb, yüzlərlə kq-dan çox aş dəmlətdirib, bir sözlə, nəhəng süfrə açdırıb…”.
Onu da qeyd edək ki, nümayəndə heyətinə İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ilə yanaşı, CHP-nin sədr müavini və İzmirdən deputat Gökçe Gökçen, CHP-nin sədr müavini Gül Çiftçi, Adana Böyükşəhər Bələdiyyə sədri Zeydan Karalar, Mersin Böyükşəhər Bələdiyyə sədri Vahap Seçer və başqaları daxildir…
araz.az xəbər portalı.