Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın estetik cərrahiyyəsi ilə məşğul olan saxtakar həkimləri ifşası davam edir.

Jurnalistin araşdırması zamanıı tibb təhsilini olmayan, yaxud da tibb təhsilli amma başqa sahənin həkimi olan şəxslərin estetik cərrahiyyəsi kimi fəaliyyət göstərməsi üzə çıxıb. Məlum olub ki, bu sahə üzrə heç bir təhsili olmayan həkimlər onlarla insanın sağlamlığına qəsd edib.

Əlbəttə, bu şəxslərin estetik cərrah kimi qanunsuz fəaliyyətində Səhiyyə Nazirliyinin də məsuliyyəti var.

Bir-neçə gündür ki, ölkədə böyük rezonansa səbəb olan bu olaya münasibət öyrənmək üçün gununsesi.info saytının əməkdaşı səhiyyə naziri Teymur Musayevlə əlaqə saxlayıb. araz.az bildirir ki, əvvəlcə məşğul olduğunu deyən nazirə sualı sayt əməkdaşı whatsapp üzərindən yollasa da, Teymur Musayev cavab vermək əvəzinə, sonradan bunu da əngəlləyib.

Görünür, səhiyyə naziri özünün və komandasının məsuliyyətini heçə sayır.

Yoxsa, o, Səhiyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Səidə Rüstəmovanın özbaşınalıqları, vəzifə səlahiyyətindən sui-istifadə hallarına yol verməsi və həmin saxta həkimlərin ixtisasdəyişmə adıyla əldə etdiyi sənədlərdə məhz Səidə Rüstəmovanın imzası haqqında suallara cavab verə bilərdi.

araz.az xəbər portalı.