Bu barədə araz.az-a AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc məlumat verib:

““LEGAL BASE CONSULTİNG” MMC və “BARAT CONSULTANCY” MMC qiymətləndirmə şirkətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv qəbul edilib. Bununla da üzv şirkətlərin sayı 62-yə çatıb.

Hazırda daha 4 şirkətin müraciəti araşdırılır. AQC-nin müvafiq qurumları həmin şirkətlər barədə müsbət rəy verdikdən sonra onların da müraciəti müzakirəyə çıxarılacaq”.

ACQ sədrinin sözlərinə görə, yaxın müddətdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası tərəfindən daşınmaz, daşınar əmlar və müəssisə qiymətləndirilməsi istiqamətində sertifikatlaşma kurslarının keçirilməsi də planlaşdırılır. 7 dövlətdən olacaq kurs iştirakçılarına onlayn şəkildə qeyd olunan istiqamətlər üzrə təlim keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 62 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycan qiymətləndiriciləri ilə beynəlxalq qiymətləndirmə təsisatları arasında əməkdaşlığı təmin edən, ölkədə qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) sədri Vüqar Oruc həm də Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının( CAATS) prezidentidir.

 

araz.az xəbər portalı.