Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili tərəfdarlarını ölkəni əvvəlki vəziyyətinə qaytarmaq üçün, radikal etiraz formasına keçməyə çağırıb. araz.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” nəşri məlumat dərc edib.

“Ölkə əlimizdən alınır. Ya müqaviməti davam etdirib ölkəni geri alacağıq, ya da etirazları dayandıracağıq və Gürcüstan müstəqil ölkə olaraq mövcudluğuna son verəcək. İndi bizimlə azadlığımız, qurtuluşumuz və gələcəyimiz arasında 4 min xüsusi təyinatlı var. Ona görə də, etirazları davam etdirməliyik və sayımızı çoxaltmalıyıq. “Gürcü arzusu” həqiqətən seçkidə məğlub olub”, – deyə, Saakaşvili vurğulayıb.

araz.az xəbər portalı.