“Mən onun tərəfdarıyam ki, 3 uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin. Belə olarsa, 3 uşaqdan yuxarı olan ailələr sosial yardım ala bilərlər. Bununla bağlı təkliflər var. Həmin təkliflər hazırda müzakirə olunur”.
araz.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat 2025-ci ilin dövlət büdcəsinin 41% sosial sahəyə yönəldildiyini vurğulayıb:
“21 müavinət növü var, onun 13-ü uşaqlarla bağlıdır. Əslində, elə onlar uşaq puludur. Məsələn, əlillik, valideynini itirən, valideyni əsgərlikdə olanlar və s. Biz istəyirik ki, bu kateqoriyadan olan müavinətlər də artırılsın”.
Deputat müharibə veteranlarının təqaüdlərinin 200 — 300 — 500 manata qaldırılması ilə bağlı təkliflərin verildiyini də xatırladıb:
“Hazırda onlar 80 manat təqaüd alırlar. Biz istəyirik ki, bu təqaüd artırılsın, 200-300-500 manat olsun”.
Deputat 2025-ci ilin dövlət büdcəsində ünvanlı sosial yardımlar, pensiya və müavinətlər, minimum əməkhaqqının da artırılmasının nəzərdə tutulduğunu qeyd edib.
araz.az xəbər portalı.