“Bir-neçə həftə əvvəl bizə məlumat daxil olub ki, ABŞ-ın sifarişi ilə Ermənistanda ictimai əhval-ruhiyyəni öyrənmək, vətəndaşların Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı baş nazir kimi görməyə hazır olub-olmadığını anlamaq üçün sorğu keçirilib”. 

araz.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Politik.am” yazıb.

Nəşr iddia edir ki, sorğuların nəticəsinin nə olduğu bilinmir, lakin Qərb üçün Paşinyanı əvəz edə biləcək namizədlər siyahısında Anna Akopyanın da olduğu şübhə doğurmur.

“ABŞ-ın Anna Akopyanla bağlı planları Ermənistanın baş nazirinin həyat yoldaşının anti-Rusiya siyasətinin tərkib hissəsi kimi Ukraynaya səfər etdiyi, ruslar tərəfindən öldürüldüyü iddia edilən günahsız ukraynalıların xatirəsini ehtiramla yad edib, gül dəstələri qoyduğu andan ciddi çalarlar əldə edib. Anna Akopyanın bu addımı atması amerikalıları Paşinyandan da irəli getməyə hazır olduğuna inandırıb”, — məqalədə bildirilir.

scale_1200-1.png (223 KB)

O da bildirilir ki, əslində, Anna Akopyanın hiperaktivliyinə səbəb ABŞ-ın hazırladığı ssenaridir:

“O, uğurlu iş adamları, bloggerlər, qadınlar və tələbələrlə görüşür. Hər gün Anna Akopyanın fəaliyyəti ilə bağlı reklam çarxları yayılır. Əslində Anna Akopyan seçkilərin elan edilməməsinə baxmayaraq, aktiv kampaniya aparır. Yada salaq ki, bu həftə Vatikanda Anna Akopyan yenidən Ukrayna prezidentinin xanımı ilə görüşdü. O, Qərbə açıq siqnal verir ki, etimadı qazanacağı təqdirdə hər şeyə hazırdır”.

0401236ec55e0c9b7049b3aa73e4f1bc635cf3.jpg (95 KB)

Ekspertlər son səs-küylü istefaların məhz Anna Akopyana hakimiyyətin verilməsi çərçivəsində baş verdiyini istisna etmirlər:

“Ən mühüm vəzifələrə Anna Akopyanla yaxın əlaqələri olan şəxslər təyin olunur və bu proses davam edəcək. Anna Akopyanın dostu Arpin Sarkisyan daxili işlər naziri təyin edilib, Anna Akopyanın qudası David Xudatyan isə ərazi idarəetməsi naziri olacaq. Bu təyinatların hər ikisi seçkilərə hesablanıb.Bir sözlə, Qərb bu məsələyə ciddi yanaşır və indi, deyəsən, bu ssenarinin həyata keçirilməsi üçün hər şey dəqiq şəkildə edilir” — nəşr yazır.

araz.az xəbər portalı.