Azərbaycanda tikinti sahəsində fəaliyyətdə olan tanınmış “Huner Group” MMC-nin direktoru dəyişdirilib.

araz.az xəbər verir ki, bu günə qədər icra orqanına rəhbərlik edən şirkət təsisçisi Ehtiram Quliyev Tofiq oğlu direktorluğu ailə üzvü olan Firəngiz Balakişiyeva Qərib qızına ötürüb.

“Huner Group” MMC 2017-ci ildə Ehtiram Quliyev tərəfindən təsis edilib. Onun sahib olduğu şirkətlər qrupu bir sıra inşaat layihələrini həyata keçirir. Onun layihələrinə “Hünәr Park”, “Hünər Qüllələri”, “Hünər Şərq”, “Hünər Qərb”, “SumPak”ı aid etmək olar. /banker.az/

 

araz.az xəbər portalı.