Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən qəzada ağır xəsarət alan yeniyetmə Gəncədəki xəstəxanada ölüb.

araz.az “Unikal”a istinadən xəbər verir ki, “Mercedes” ilə “VAZ 2106 ” markalı minik avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mersedec ” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub. Qəza zamanı 5 hərbçi olmaqla 6 nəfər hadisə yerində ölüb. Qəza ilə bağlı cinayyət işi açılıb.

 

araz.az xəbər portalı.