Tiflis və Gürcüstanın bir sıra digər şəhərlərində Avropa Birliyi ilə üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra, aksiyalar başlayıb.

araz.az yerli mediaya istinadən xəbər verir ki, hakim Gürcü arzusu – Demokratik Gürcüstan Partiyasının mərkəzi ofisinin, parlament binasının qarşısında yüzlərlə insan toplaşıb.

Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, İ. Kobaxidze 2028-ci ilin sonuna qədər Avropa Birliyinə üzvlük məsələsinin gündəmə gətirilməyəcəyini və ittifaqın qrantlarından imtina edildiyini elan edib.

 

araz.az xəbər portalı.