araz.az “Haberler.com”a istinadən xəbər verir ki, Çin şirkətlərinin sektorda artan satış rəqəmləri nəticəsində Almaniya avtomobil sənayesi dərin böhrana sürüklənib.
Qeyd olunub ki, bir çox şirkət maliyyə böhranına girərkən, bu sıxıntıları aşa bilməyən sektorda əhəmiyyətli təchizatçılardan biri olan “Gerhardi Kunststofftechnik GmbH” iflas edib.
25 noyabrda Hagen Məhkəməsinə müraciət edən şirkət iflas ərizəsi verib. 1796-cı ildə qurulan “Gerhardi Kunststofftechnik GmbH” Almaniyada 3, ABŞ-da isə 1 fabriki ilə avtomobillərin daxili və xarici karoseri üçün plastik komponentlər istehsal edirdi.
Məlumata görə, təchizatçılara əlavə olaraq avtomobil istehsalçıları, təkər firmaları və mühəndislik şirkətləri də ciddi çətinliklərlə üzləşib. Böyük markalar belə maliyyə böhranından çıxmaq üçün fabriki bağlamaq və işçiləri ixtisar etmək kimi tədbirlərə əl atmağa başlayıblar.
Belə ki, Almaniyanın ən böyük şirkətlərindən biri olan “Bosch” ölkədəki 3000 işçisini işdən çıxaracağını açıqlayıb. /Musavat.com/
araz.az xəbər portalı.