araz.az-ın əldə etdiyi məlumata görə, məshur Hələb qalasına Türkiyə bayrağının asıldığı barədə foto Telegram kanallarında yer alıb.
Bu da ona bir işarədir ki, artıq, Suriyada Bəşər Əsəd hakimiyyətinin sonu çatıb. Çünki Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində ilk dəfədir ki, Bəşər Əsəd rejimi Suriyanın ikinci ən böyük şəhəri Hələb üzərində nəzarəti itirir.
Konkret desək, ölkənin müxtəlif yerlərində müxalifət istədiyini əldə edə bilir. Belə gedişlə, tezliklə Suriyada Bəşər Əsəd rejiminin tam olaraq süqutu şübhəsizdir.
araz.az xəbər portalı.