Suriyada vəziyyətin gərginləşməsi və yaraqlıların Hələbə hücumu iki ölkənin regiondakı maraqlarının toqquşması səbəbindən Rusiya ilə Türkiyə arasında münaqişəyə səbəb ola bilər.
araz.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” yazıb.“Döyüşlərin artması Suriyada hər birinin öz maraqları olan Rusiya və Türkiyəni bir-birinə qarşı birbaşa ağır döyüşlərə cəlb etmək riski daşıyır”, — nəşr qeyd edir.
Bundan əlavə, müəlliflər İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə münaqişəsi, İranla gərginlik və Livandakı qeyri-sabit vəziyyət fonunda regional müharibə riskini qeyd edirlər .
Noyabrın 28-də suriyalı yaraqlılar Hələb vilayəti yaxınlığında hökumət mövqelərinə qarşı irimiqyaslı hücuma başlayıb.
araz.az xəbər portalı.