AXCP sədri Əli Kərimli ilə bağlı verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində başa çatıb. Məhkəmə az öncə Qərar çıxarıb.

araz.az bildirir ki, hakim AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.

Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək,  1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Onu da qeyd edək ki, bu günkü məhkəmə prosesi başlayan zaman, xeyli sayda Əli Kərimli tərəfdarları məhkəmə binası önünə toplaşaraq, Qərarın çıxarılmasını səbirsizliklə gözləyirdilər. 

 

araz.az xəbər portalı.