“Gürcüstan Azərbaycanlıları Milli Konqresinin” sədri Əli Babayev “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri olan Aleko Elisaşvili tərəfindən şifahi və fiziki təhqirlərə məruz qaldığını bildirir.
araz.az xəbər verir ki, Ə. Babayev bu barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə ötən gün axşam saatlarında Tbilisi Dövlət Filarmoniyasının yaxınlığında yerləşən əczaxanalardan birində baş verib.
Ə.Babayev hadisə nəticəsində aldığı xəsarətlər nəticəsində klinikaya yerləşdirilib.
“Təxminən saat 18:00 radələrində dərman almaq üçün Filarmoniyanın ərazisindəki aptekə daxil oldum. O zaman arxamda çoxlu adamlar var idi. Onlar mitinqə gedirdilər. Arxamca məni söydüklərini eşidirdim. Mənə və komandama qarşı hər cür çirkin sözlər deyildi. Dedilər ki, mən Rusiyanın quluyam, məni hədələdilər. Mən dönüb Aleksandre Elisaşvilini gördüm. Onun çıxıb getdiyini düşündüm. Mənə dedi: “Sənə deyirəm, sənin ananı…” və sonra məni vurdu. Daha sonra təcili tibbi yardım çağırıldı və məni xəstəxanaya götürdülər. Bu gün evə buraxıldım”,— deyə, o, vurğulayıb.

araz.az xəbər portalı.