Türkiyədə Ayasofyadan sonra daha bir muzey məscidə çevrilib.
Anadolu Agentliyinə bildirir ki, İstanbulun Fatih səmtində yerləşən, əvvəllər muzey kimi fəaliyyət göstərən Kariye Cami də artıq məscid kimi istifadə olunacaq.
Qeyd edək ki, sözügedən tikili 6-cı əsrdə inşa olunub. Əvvəllər Kariye kilsəsi olan bina 1511-ci ildə məscidə çevrilib. 1945-ci ildən sonra isə muzey kimi istifadə edilib.
Bəxtiyar Umarlı
araz.az xəbər portalı.