Masallı şəhərində gənc qadın dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
araz.az Asiya TV-ə istinadən xəbər verir ki, insident rayonun Qarabağ küçəsində qeydə alınıb.
Belə ki, Masallı rayonu Gəyəçöl kənd sakini, 1995-inci il təvəllüdlü Əsədova Röyalə Rövşən qızı ailə münaqişəsi zəmnində qohumunun yaşadığı binanın damına çıxaraq intihar etmək istəyini bildirib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət yanğından mühafizə hissəsinin Mərkəzi rabitə qovşağının əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.
Hissə rəisi palkovnik-leytenant Qabil Nemətovun verdiyi məlumata əsasən vətəndaşla aparılan psixoloji söhbətlər nəticə verməmişdir.
araz.az xəbər portalı.