Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Taliban”çılarla birgə fotosu iddiasını şərh edib.
Nazir Uzaq Şərq Dövlət Dəmiryolları Universitetinin tələbələri ilə görüşündə iştirakçılardan birinin internetdə tapdığı 30 il əvvəlki fotoşəkilə izah verib.
Həmin fotoda Şoyqu, müsahibinin dediyi kimi, “Taliban”çıların əhatəsində əks olunub.
Sergey Şoyqu radikal “Taliban” hərəkatının o dövrdə mövcud olmadığını vurğulayıb. “Yanında dayanan insanlar mücahidlər idi”.
Müdafiə nazirinin sözlərinə görə, şəkil Əfqanıstanın paytaxtı Kabildə çəkilib.
araz.az xəbər portalı.