Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini, Ağrel döyüşləri və Vətən Müharibəsi qazisi Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.
DİN-dən verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb:
“Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib”.
Bildirilib ki, hazırda həmin müraciət əsasında araşdırma aparılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.