“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.
araz.az manevr.az-a istinadən bildirir ki , bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında bildirilir. Qeyd olunur ki, 20-25 avqust tarixlərində hava limanında radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.
Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.
Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.