Taliban Pəncşirdəki müqavimət hərəkatının lideri Əhməd Məsuda təslim olmaq üçün 4 saat vaxt verib.
araz.azAxar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat verib.
Taliblər bildiriblər ki, onların silahlı qüvvələri Pəncşir istiqamətində irəliləyirlər. Saleh və Məsudun tərəfdarları ya 4 saat ərzində əyaləti təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.
***
Pəncşir əyaləti Talibana təslim olmayacaq, sakinləri döyüşə hazırdır.
Bu barədə müqavimət hərəkatının lideri Əhməd Mansur deyib.
“Əgər onlar (Taliban – red.) Pəncşiri ələ keçirməyə çalışsalar, biz müqavimətə hazırıq. Biz SSRİ-yə müqavimət göstərmişik, Taliban qarşısında da dirəniş göstərə bilərik”, – deyə Mansur bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.