bandicam 2021 08 25 12 18 41 232

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski yeni açıqlama verib.

araz.az  xəbər verir ki, Jirinovski 2030-cu ildə Yaxın Şərqin siyasi xəritəsinin kəskin dəyişəcəyini söyləyib. O, İranın parçalanacağını və ölkənin şimalında Azərbaycan dövlətinin yaranacağını proqnozlaşdırıb.

“İran dövləti dağılacaq. Onun yerində İran Azərbaycanı, Persiya, Türkmənistan və Bəlucistan dövlətləri yaranacaq”.

Jirinovskinin fikrincə, 2030-cu ilə qədər Əfqanıstan və Pakistan birləşəcək və Puştunistan dövləti qurulacaq.

Siyasətçi Yaxın Şərqdəki dəyişikliklərin İsrailin təşəbbüsü ilə baş tutacağını da əlavə edib.  

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.