bandicam 2021 08 25 19 49 45 504

Prezidenin sabiq köməkçisi Əli Həsənov, qızı Səfiyə Möhbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunması ilə bağlı məlumatlara münasibət bildirib.

Prezidenin sabiq köməkçisi “Demokrat.az”-a özəl açıqlamasında deyib ki, onun qızı vaxtilə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi əsasında işindən ayrılıb:

“Mənim qızım bir neçə il əvvəl- mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və hazırda da xaricdə təhsil alır. Sadəcə olaraq akademiyanın saytında onun adının indi işdən çıxarılmasının göstərilməsi, texniki xətadır ki, bunu xəbər müəllifləri aydınlaşdırmayıblar” – Ə.Həsənov qeyd edib.

Zaur HACILI

araz.az xəbər portalı.