Gorusdan Zəngəzur bölgəsi və Qafan şəhərinə gedən, Davit Bek kəndi yaxınlığındakı dövlətlərarası yol hələ də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və bağlı olaraq qalır.
araz.az Missiya.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”-a müsahibəsində Şurnuxun meri Hakob Arşakyan verib.
“Ərazidə mülki şəxslər və nəqliyyat vasitələri yoxdur, hamı təxliyə edilib. Azərbaycan tərəfi ilə danışıqlar davam etdirilir. Nə olacağını gözləyirik” – deyə, Arşakyan bildirib. Xatırladaq ki, Ermənsitan Milli Təhlükəsizlik Xidmətinin bəyanatına görə, avqustun 25-də saat 23 radələrində Azərbaycan tərəfinin Qafan Gorus dövlətlərarası yolun Karmrakar-Şurnux hissəsini bağladığını bildirib.
Ermənistan mətbuatında yolun bağlanmasına səbəb “25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibkili kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin əsgəri Şirəliyev Ruslan Nəriman oğlunun Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisinin qəfil hücumuna məruz qalması göstərilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.