“Görüş-Qafan yolu hələ də bağlıdır və hazırda heç bir danışıqlar getmir”.
araz.az Ovqat.com-a istinadən xəbər verir ki, Qafan şəhərinin meri Gevorq Parsyan “Armeniya Today”a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə danışıqların aparılması gözlənilir: “Əslində, dövlətlərarası M2 magistral yolu hazırda bağlıdır – bu, əslində Ermənistanı İranla birləşdirən yeganə yoldur. Tatevdən keçən alternativ yol var, lakin yük daşımaları üçün yararsızdır – hazırda orada tikinti işləri aparılır ”, – deyə Kafan bələdiyyə sədri bildirib.
Parsyan, cümə axşamı gecəsi danışıqların davam etdiyini, Gorus-QaFan magistralındakı avtomobillərin boşaldıldığını, bundan sonra danışıqların bu gün də davam etdirilməsinə qərar verildiyini deyib. Bələdiyyə başçısı isə danışıqların nə vaxt başlayacağına dair razılaşmanın olmadığını bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.