Tanınmış jurnalist Məhəmmədəli Qəriblinin ictimailəşdirdiyi məsələ öz həllini tapıb. Söhbət Abşeron Rayon Mərkəzi Xəstəxanasının önündəki löhvədə dövlət dilinin normalarının pozulmasından gedirdi. Jurnalistin bununla bağlı öz sosial şəbəkə hesabında yazdığı postu təqdim edirik:
“Düz bir ay əvvəl, Abşeron Rayon Mərkəzi Xəstəxanasının önündəki plakatda “Acil Şöbəsi” yazılışının yanlış olduğu ilə bağlı şəkil paylaşmışdım.
Artıq məsələ öz həllini tapıb. Sağlam tənqiddən nəticə çıxarıb, buraxılan nöqsanları düzəldənlərə dərin təşəkkür edirəm!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.