image 32

araz.az Hurriyyet.az-a istinadən xəbər verir ki, Almaniya Federativ Respublikasındakı seçkiqabağı kampaniyalar zamanı qaldırılan plakatlarda Kalininqrad vilayətinin Almaniyanın tərkibində göstərilməsi Kremldə narazılıqla qarşılanıb. Bu barədə açıqlamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov verib. O, bu vərəqələrin “Berlinin rəsmi mövqeyi olmadığını” bildirib: “Təbii ki, rəsmi Berlin Rusiya Federasiyasının ərazi bütövlüyünə şübhə etmir. Lakin, Almaniyadakı müəyyən siyasi qüvvələrin bu cür terrorçu meylləri vardır”.

1945-ci ildə Potsdam konfransından sonra Şərqi Prussiyanın şimali hissəsi Keniqsberq xüsusi hərbi dairəsi kimi Rusiya Federativ Sovet Sosialist Respublikasının tərkibinə daxil edilib, 1946-cı ilin aprelində eyni adlı vilayət yaradılıb. Həmin ilin iyul ayında isə vilayətin adı dəyişdirilərək Kalininqrad vilayəti, onun inzibati mərkəzi isə Kalininqrad şəhəri adlandırılıb.

Alman mətbuatının yazdığına görə, Tetrov şəhərinin küçələrinə Almaniyanın 72 il bundan əvvəlki xəritəsinin nüsxələri yapışdırılıb. Həmin xəritələrdə Kalininqrad vilayəti və Polşa Almaniyanın tərkibində göstərilir. Müharibədən sonra, 1949-cu ildə dərc edilmiş bu plakatlar Almaniyanın II Dünya müharibəsindən əvvəlki sərhədlərini əks etdirib. “Nordkurier” nəşri bu plakatların Xristian Demokrat və Xristian Sosialist İttifaqı blokunun seçki kampaniyasına məxsus olduğunu bildirib. Lakin Xristian-demokratların nümayəndəsi bu iddianı təkzib edir.

Sentyabrın 26-da AFR-da parlament seçkiləri keçiriləcək. Parlamentdə üstünlük qazanan partiya hökumət qurmaq hüququna malik olacaq. Almaniyanın Xristian Demokrat İttifaqı partiyasından olan Angela Merkel bu dəfə baş nazir postuna namizədliyini irəli sürməyib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.