“Hörmətli cənab Prezident, nəzərinizə çatdırmaq istəyirəm ki, böyük ümidlərlə yaratdığınız TƏBİB insanlarin sağalmasına deyil, ölməsinə səbəb olur”.
araz.az HURRİYYET.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalist İltifat Sultanov özünün facebook statusunda bildirib.
O daha sonra yazıb: “Avqustun 21-də qaynımı Bakı Sağlamliq Mərkəzinə yerləşdirdik. Orda ona heç bir analiz götürmədən koronavirus simptomları diaqnozu ilə Məhəmmədi kəndində koronavirus xəstələri üçün xəstəxanaya yerləşdirdilər. Amma 2 gün sonra vəfat etdi, səbəbini də koronavirus dedilər. Qaynım rəhmətə gedən gun analizlərinin cavabi gəldi ki, “Sizdə COVID-19 virusu aşkar edilməyib”. Qaynıma səhvən müalicə təyin edib xəstə qaraciyərinin siradan çıxmasına səbəb olan həkimləri cənab Prezident, kim cəzalandiracaq? Neçə gündür Səhiyyə Nazirliyinin telefonlarına TƏBİB-in mətbuat katibinin telefonlarina zəng edirəm, cavab verən yoxdur. Yaxin qohumum Binəqədidə COVID-19 testi verib, 5 gündü cavabını demirlər. Adam qorxusundan başqa müalicə vasitəsindən istifadə etmir ki, əks effekt verər. Öz vəzifəsinin öhdəsindən gəlməyən TƏBİB nə üçündür?”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.