1629787252iran cezaevi 16399211629789020

İrandakı həbsxanalardan gələn görüntülər hər kəsin təəccübünə səbəb olub.  

araz.az Manset.az-a istinadən xəbər verir ki,  “American Associated Press” xəbər agentliyi İran həbsxanalarında görüntülər paylaşıb. Belə ki, videogörüntülərdə məhbusların şiddətə məruz qalması,  nəzarətçilərin qandallı şəxsləri vəhşicəsinə döyməsi yer alıb. Bununla yanaşı, nəzarətçilərin də öz aralarında mübahisəsi  görüntülərdə əks  olunub. 

Görüntülərin İranın paytaxtı Tehrandakı Evin Həbsxanasına aid olduğu bildirilib.   AP  xəbər agentliyi görüntülərin bir qrup haker tərəfindən paylaşıldığını iddia edib. 

Hətta agentlik hakerlərin məqsədi İrandakı həbsxanalardakı pis şəraiti dünya ilə bölüşmək olduğunu yazıb. 

İran hakimiyyəti hələ ki məsələ ilə bağlı heç bir açıqlama verməyib.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/5KHlF602zZY’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.