ABŞ-ın prezidentinin 53 ildir həbsdə saxlanılan qatili azadlığa buraxıla bilər.
araz.az Reyting.az-a istinadən xəbər verir ki, söhbət 1968-ci ildə ABŞ-da prezidentliyə namizədliyini irəli sürən Robert Kennedinin qatilindən gedir.
ABŞ-ın Kaliforniya ştatının şərti azadlıqdan mərhumetmə orqanları 1968-ci ildə prezidentliyə namizəd olan senator Kennedinin qatilinin şərti azadlığa buraxılmasına dair məsələni təsdiqləyib.
Sərxan Sərxan adlı fələstin əsilli qatil Los-Ancelsdəki Ambassador otelindəki çıxışdan sonra senator Robert Kennedini vuraraq tarixin istiqamətini dəyişdirdiyi üçün son 53 ilini həbsdə yatıb.
Şərti azadlıqdan mərhumetmə orqanlarının da qatıldığı səsvermədə Sərxan Sərxanın sərbəst buraxılacağını təminat verilməsə də, səsvermədə 53 il həbs yatan qatilin “təhdid görülməməsinəsi” ifadələrinə rast gəlinib.
Ancaq qatilin azadlığa buraxılması üçün son qərarı Kaliforniya ştatının qubernatoru Gavin Nevson verəcək. Qubernator qərarı təsdiqləsə, prezident qatili azadlığa çıxacaq. Yox, əgər təsdiq etməsə, qatilin daha neçə illər həbsdə qalacağını indidən demək mümkün deyil.
Qatil Sərxanın şərti azadlığa buraxılmasına dair məhkəmə prosesində verdiyi ifadə xüsusi diqqət çəkib.
“Senator Kennedi dünyanın ümidi idi. Və mən ona zərər verdim. Əslində ona deyil, hər kəsə zərər verdim. Belə bir işi həyata keçirmək mənim üçün çox ağır bir hadisə oldu”,- qatil ifadəsində qeyd edib.
Los-Ancels federal prokurorluğunun regional prokurorluğu elan edib ki, qatilin şərti azadlığa buraxılmasına qarşı çıxmayacaq.
Qatil Sərxan daha əvvəl bəyan etmişdi ki, fələstin kökənli olması səbəbindən senator Kennedinin İsraillə bağlı açıqlamalarına qarşı çıxdığı üçün ona münasibətdə çox qızğın olub və sui-qəsd planı təşkil edərək Kennedini öldürüb.
Bu cinayət işini araşdıranlar isə ehtimal edirlər ki, qatil Sərxan burada “maşa” rolunu oynayıb. Əslində Kennedinin aradan götürülməsinin arxasında daha böyük güclər dayanırmış və bununla onlar öz istəklərinə çatıblar. Çünki həmin dövrdə prezident olduğu zaman öldürülən qardaşı Con Kennediyə görə, Robert Kennedi çox nüfuza malik idi və seçkilərdə onun Niksonu “dizinin altına qoyacağı” böyük şübhə yaratmırdı. Amma Robert Kennedi aradan götürüldü, hakimiyyətə Nikson gətirildi, adı böyük qalmaqallarda hallandı və son anda impiçment olmamaq üçün özü istefa verdi. Bu səbəbdən də çoxları Robet Kennedinin öldürülməsinə rəğmən onu bir gün hakimiyyətdə olmasa da, prezident sayır.
Ehtimal olunur ki, R. Kennedinin hakimiyyətə gəlişi onun müəmmalı şəraitdə öldürülən prezident qardaşı C. Kennediyə qarşı sui-qəsdin üstünün açılmasında mühüm rol oynaya bilərdi. Bu isə böyük güclərə sərf etmirdi.
Qeyd edək ki, Kennedilər ABŞ-ın ən nüfuzlu və taleyi gətirməyən ailələrindən sayılır. ABŞ-ın ən nüfuzlu prezidentlərindən olan Con Kennedi SSRİ ilə ABŞ arasında yaşanan Kuba böhranı zamanı nüvə silahından istifadənin bir addımlığında olmasına rəğmən bunun qarşısını almaqla bəşəriyyəti sevən insanların qəlbində əbədi kök salıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.